www.science.az
01.02.2017 13:07

Elmi-tədqiqat işlərinin aparılmasında düzgün metodoloji prinsiplərin seçiminə xüsusi diqqət ayrılmalıdır

AMEA-nın Qafqazşünaslıq İnstitutunda tətbiqi siyasi tədqiqatların nəzəri-metodoloji əsaslarına həsr olunan növbəti elmi seminar keçirilib.

Tədbirdə institutun direktoru, t.e.d., prof. Musa Qasımlı ictimai elmlər üzrə tədqiqatçıların elmi-tədqiqat işlərinin aparılmasında düzgün metodoloji prinsiplərin seçiminə xüsusi diqqət ayırmalarının əhəmiyyətini vurğulayıb. Alim bildirib ki, siyasi araşdırmaların səviyyəsini artırmaq üçün tədqiqatçılar müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə, təhlil bacarığına yiyələnməlidirlər.

İnstitut əməkdaşlarının müvafiq sahə üzrə tədqiqatlarının səmərəliliyini artırmaq baxımından faydalı olan seminarda iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.