Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hidrogeologiya və mineral sular laboratoriyasına bir sıra mənbələrdən su nümunələri gətirilib
01.02.2017 12:34
  • A-
  • A
  • A+

Hidrogeologiya və mineral sular laboratoriyasına bir sıra mənbələrdən su nümunələri gətirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda ötən ilin noyabr ayından Hidrogeologiya və mineral sular laboratoriyası fəaliyyətə başlayıb. Laboratoriyanın yaradılmasında əsas məqsəd regionun coğrafi baxımdan fərqli hissələrində yerləşən su mənbələrinin resurs potensialının diaqnostikasını nizamlamaq, ərazidəki içməli, mineral və suvarma sularının yararlılığının ümumi mənzərəsini aydınlaşdırmaq, onların səmərəli istifadəsinə imkan verəcək geniş miqyasda elmi-tədqiqat işlərinin həyata keçirilməsidir.

Cari ildə laboratoriyada Babək rayonu ərazisindəki su mənbələrinin kimyəvi tərkibləri, minerallaşma dərəcələri, codluqları və suvarma üçün yararlılıq dərəcələrinin öyrənilməsi nəzərdə tutulub. İşin icrasına uyğun olaraq laboratoriyanın əməkdaşları tərəfindən Babək rayonu ərazisində yerləşən bir sıra mənbələrdən su nümunələri götürülüb.

Məlumat üçün qeyd edək ki, bura Qaraçuq çeşməsi, Cəhri çeşməsi I və II, Tumbul çeşməsi I və II, Sirab mineral su yatağının 9 və 12 saylı quyusu, Sirab su anbarı, Bulqan kanal suyu, Zeynəddin, Kültəpə, Məmməd Rza-Dizə artezian suları, Vayxır su anbarından götürülən su nümunələri daxildir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: