www.science.az
30.01.2017 16:44

Elmlə təhsilin inteqrasiyasına mühüm töhfə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Müstəqillik dövründə Azərbaycanda kitabxana işi” kitabı nəşr olunub.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təşkilati və elmi dəstəyi ilə ərsəyə gələn yeni nəşrdə ilk dəfə olaraq dövlət kitabxana siyasətinin elmi-metodoloji əsasları, qanunvericilik təminatı, prinsipləri, məqsəd və vəzifələri araşdırılır, müasir kitabxana və informasiya xidmətinin təşkili problemləri təhlil olunur.

Nəşr kitabxana işçiləri, bu sahə ilə məşğul olan gənc tədqiqatçılar, eləcə də mədəniyyət və kitabxanaçılıq təhsili müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulub.

“Gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi fəaliyyətinə dəstək” layihəsinə əsasən hazırlanmış kitabın tərtibçisi Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Hacı Qasımlıdır.

Nəşrin elmi məsləhətçi Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, elmi redaktoru isə AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi Natiq Mürsəlovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.