Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Amerikalı alimlər metallik hidrogen yaratmağa müvəffəq olublar
27.01.2017 11:14
  • A-
  • A
  • A+

Amerikalı alimlər metallik hidrogen yaratmağa müvəffəq olublar

ABŞ-ın Harvard Universitetinin alimləri Ayzek Silver və Ranqa Diasın apardığı tədqiqatlar nəticəsində metallik hidrogen maddəsi əldə olunub.

Alimlər bu nəticəni Yer kürəsinin mərkəzində olan təzyiqdən daha ekstremal yüksək təzyiq və aşağı temperaturlu şəraitin yaradılması yolu ilə əldə ediblər.

Kiçicik metal parçasını almaq üçün tədqiqatçılar hidrogenı iki almaz arasında sıxıblar. Perspektivdə aparılacaq araşdırmalar zamanı alimlər tədricən təzyiqi zəiflədərək metallik hidrogenin öz vəziyyətini qoruya bilmə ehtimalını müəyyən edəcəklər.

Alimlərin fikrincə, yeni material gələcəkdə elektrik cərəyan ötürücüsü kimi tətbiq edilə biləcək. Nəzərə alsaq ki, hazirda enerjinin 15%-ə qədəri dissipasiya nəticəsində itir, metallik hidrogen isə bu itkilərin qarşısının alınmasında effektiv çıxış yolu olacaq.

Bundan başqa, yeni alınmış maddə hazırda tətbiq olunan yanacaqlardan 4 dəfə səmərəli olduğundan raket yanacağı kimi də istifadə oluna biləcək. Bu isə Yerin orbitinə böyük çəkili yüklərin çıxarılmasına imkan vercək.

www.segodnya.ua

  • Paylaş: