Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycanda ilk dəfə kurqanda qayaüstü təsvirlər aşkarlanıb
27.01.2017 09:51
  • A-
  • A
  • A+

Azərbaycanda ilk dəfə kurqanda qayaüstü təsvirlər aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən-Göygöl-Goranboy arxeoloji ekspedisiyası Daşkəsən rayonu ərazisində arxeoloji tədqiqatlar zamanı onlarla yeni kurqan və daşqutu tipli qəbir abidələri qeydə alıb.

Arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun sözlərinə görə, Əmirvar kəndinin şimal tərəfində yerləşən dağın tam zirvəsində, bir tərəfi dağıntıya məruz qalmış kurqana baxış keçirərkən, burada mühüm elmi yenilik kəsb edən maraqlı faktlar əldə olunub. Belə ki, kurqanın inşasında istifadə olunan sal qaya parçalarının üzərində çəkilmiş qayaüstü təsvirlər mövcuddur. Qayaüstü təsvirlər qırmızı rəngdə oxra ilə kameranın sağ, sol və üst daşlarında çəkilib. Təsvirlər insan, atlı, keçi, araba, ilan və s. rəsmlərdən ibarətdir.

B.Cəlilov bildirib ki, kurqan kamerasında aşkarlanmış saxsı parçaları nümunələrinə əsasən, onun son tunc-erkən dəmir dövrünə məxsus olduğunu söyləmək olar.

Qeyd edək ki, indiyədək Azərbaycan ərazisində belə faktlara rast gəlinməyib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: