Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Hüseyn Cavidin Ev Muzeyində “İslam Həmrəyliyi İli” çərçivəsində elmi-tədqiqat işi aparılacaq
25.01.2017 12:05
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində “İslam Həmrəyliyi İli” çərçivəsində elmi-tədqiqat işi aparılacaq

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmuşdur.

Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasında, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, İslam dəyərlərinin təbliğində dahi dramturq və filosof-şair Hüseyn Cavid yaradıcılığının mühüm rolu vardır. Bu baxımdan AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində qurumun direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının rəhbərliyi ilə “İslam dini böyük dramaturq Hüseyn Cavidin ədəbi-bədii və fəlsəfi irsində” mövzusunda aparılacaq elmi-tədqiqat işi böyük əhəmiyyət kəsb edir.

Elmi-tədqiqat işinin nəticəsi olaraq müxtəlif yerli və beynəlxalq konfranslarda çıxışlar, ölkəmizin nüfuzlu elmi jurnallarında məqalələrin çapı nəzərdə tutulur. Eləcə də, muzeydə, məkəblərdə və ali təhsil ocaqlarında keçiriləcək müxtəlif tədbirlər çərçivəsində şagird və tələbələr arasında Cavid əfəndinin İslam dini ilə bağlı görüşləri ətraflı təbliğ olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: