www.science.az
23.01.2017 15:28

Geologiya və Geofizika İnstitutunda növbəti “Geomexanika” seminarı keçiriləcək

Fevralın 2-də saat 15:00-da Geologiya və Geofizika İnstitutunun akt zalında “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçiriləcək.

Qeyd edək ki, layihə AMEA Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilir.

Seminarın mövzusu “Elastiki mühitlə əhatə olunan boş silindirin daxilinə təsir göstərən hərəkət edən yükün dinamikasının və rəqsinin bəzi problemləri”dir. Bu mövzuda təşkil olunan seminarda AMEA-nın müxbir üzvü Surxay Əkbərov, texnika üzrə fəlsəfə doktoru  Mahir Mehdiyev məruzə ilə çıxış edəcəklər.

Seminara “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.