www.science.az
01.10.2013 00:00

Azərbaycan alimi beynəlxalq jurnalın Məsləhət Şurasının rəhbəri seçilib

AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Birləşmiş Krallıqda dərc olunan “Convergence Computing” beynəlxalq jurnalının Məsləhət Şurasının rəhbəri seçilib.

Qlobal konvergensiya sahəsində hesablama konsepsiyası və metodları, mobil, kvant, qrid, klaster və cloud hesablama, süni intellekt, multimedia və qlobal təhsil, bilik idarəçiliyi, verilənlərin emalı, coğrafi informasiya sistemləri və s. elmi istiqamətləri əhatə edən jurnal “Inderscience Publishers” elmi nəşriyyatına daxil olan dərgilər siyahısındadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.