www.science.az
18.01.2017 15:32

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçiriləcək

31 yanvar 2017-ci il tarixində saat 9:00-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçiriləcək. Konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutudur.

Seminara AMEA elmi-tədqiqat institut və təşkilatlarının, AR Təhsil Nazirliyinin ali təhsil və elmi müəssisələrinin İKT üzrə məsul şəxsləri dəvət olunur.

Seminarda iştirak edəcək şəxslərin burada qeydiyyatdan keçməsi vacibdir.

Əlaqə:

Tel: (994 12) 5102935

E-mail: info_seminar@iit.science.az

Ünvan: Bakı şəhəri, B.Vahabzadə küçəsi, 9A

AMEA İnformasiya Texnologiyaları İnstitutu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.