www.science.az
14.02.2014 00:00

Fransada dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Heydər Əliyev Fondu, AR Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Fransada dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Tədbirdə ölkəmizi AMEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Teymur Kərimli təmsil edəcək.

Tədbir Nizami Gəncəvinin dünyada Azərbaycan şairi kimi tanıdılması və qəbul olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.