Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Anar Məmmədxanovun kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib
17.01.2017 14:30
  • A-
  • A
  • A+

Anar Məmmədxanovun kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib

Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və Dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Nahidə Məmmədxanova tərəfindən Anar Məmmədxanovun “Özünə sadiqlik” və «Ни о чем не жалею» kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib.

Görkəmli siyasətçi və ictimai xadim, “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı, üçüncü çağırış Milli Məclisin deputatı və day.az saytının təsisçisi Anar Məmmədxanovun 2014-cü ildə rus dilində nəşr olunmuş və Azərbaycan dilinə tərcümə edilmiş “Özünə sadiqlik” adlı birinci kitabına onun müxtəlif vaxtlarda çap olunmuş və aktual problemləri əhatə edən analitik məqalələri, esseləri, şərhləri, açıq məktubları daxil edilib.

Anar Məmmədxanovun «Ни о чем не жалею» adlı ikinci kitabında isə onun 1995-2011-ci illərdə müxtəlif mətbu orqanlara verdiyi müsahibələr öz əksini tapıb.

Kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: