www.science.az
17.01.2017 11:43

“Qanlı yanvardan istiqlala gedən yol” mövzusunda elmi sessiya keçiriləcək

Yanvarın 18-də saat 12:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan “Qanlı yanvardan istiqlala gedən yol” mövzusunda elmi sessiya keçiriləcək.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynovun "Qəhrəmanlığın bədii salnaməsi: şəhidlərimiz şeirimizdə", fil.ü.e.d. Şəfəq Əlibəylinin "Azərbaycan qadını Vətənin müstəqillik yollarında", fil.ü.e.d., prof. Kamil Allahyarovun "20 yanvar Azərbaycan tarixinin həm qəhrəmanlıq, həm də faciəvi bir səhifəsidir" mövzusunda məruzələri dinləniləcək.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.