www.science.az
16.01.2017 16:06

“Vətən övladı” ordeninin təqdimetmə mərasimi olacaq

Yanvarın 18-də saat 12:00-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda hüquq elmləri doktoru, professor Namiq Əliyevə “Vətən övladı” ordeninin təqdimetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, “Dədə Qorqud” Milli Fondu tərəfindən təsis olunan “Vətən övladı” ordeni milli özünüdərkin təbliğində fərqlənən, Vətənə, xalqa müstəsna xidmətləri ilə seçilən şəxslərə verilir. Həmin mükafata layiq görülənlər arasında görkəmli tarixçi, ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Ukraynanın sabiq prezidenti Leonid Kuçma kimi tanınmış şəxslər vardır.

Ünvan: Bakı şəhəri, H.Cavid pr., 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.