Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi fəaliyyətinə dəstək” layihəsi davam edir
13.01.2017 16:19
  • A-
  • A
  • A+

“Gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi fəaliyyətinə dəstək” layihəsi davam edir

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə həyata keçirilən “Gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi fəaliyyətinə dəstək” layihəsi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda davam etdirilir.

Layihənin məqsədi informasiya cəmiyyətinin sürətlə inkişaf etdiyi dövrdə Azərbaycanda peşəkar gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi-mədəni və təhsil sahələrində daha fəal iştirakını təmin etmək, onların elmi tədqiqatlarında sənəd-informasiya kütləsinin rolunu müəyyənləşdirmək və gənc alimləri bu istiqamətdə məlumatlandırmaqdır.

2016-cı il oktyabr ayının 15-dən start götürən layihədə Əlyazmalar İnstitutunun kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə doktorantı, AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi Natiq Mürsəlov ekspert qismində iştirak edir.

Layihə çərçivəsində ölkəmizdə kitabşünaslıq, biblioqrafiyaşünaslıq və kitabxanaşünaslıq fəaliyyətinə dair dövlət siyasətinin atributlarını müəyyən edən qanunların, sərəncamların və  digər normativ hüquqi sənədlərin təhlilinin aparılması planlaşdırılır. Həmçinin tarixi, mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsinin toplanıb saxlanılmasına, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına dair zəngin sənəd-informasiya resurslarının öyrənilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: