www.science.az
13.01.2017 15:38

“Funksional–semantik baxımdan ocaqlar və pirlər” adlı kitab işıq üzü görüb

AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi Nuridə Muxtarzadənin “Funksional–semantik baxımdan ocaqlar və pirlər” kitabı çapdan çıxıb.

Nəşrdə mənəvi dünyamızın təməl anlayışlarından biri olan ocaq və pirlərin funksional–semantik tərəfləri öyrənilib. Azərbaycanın cənubunda yerləşən Masallı rayonunun ocaq və pirləri haqqında söylənilən dini əfsanələr, ziyarət yerlərinin şəfaverici və sosial funksiyası, mədəniyyətimizdəki rolu nəşrdə əsas araşdırma predmetidir.

Kitabın elmi redaktoru Folklor İnstitutunun şöbə müdiri, professor Füzuli Bayatdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.