Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov akademik Nailə Vəlixanlıya məktub göndərib
13.01.2017 14:11
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov akademik Nailə Vəlixanlıya məktub göndərib

Yanvarın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov akademik Nailə Vəlixanlıya “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” kitabının nəşr olunması münasibəti ilə məktub ünvanlayıb.

Məktubda qeyd olunur ki, Azərbaycan və Naxçıvan tarixinin araşdırılmasında xüsusi xidmətləri olan, tarixşünaslıqda yeni elmi istiqamət yaradan akademik N.Vəlixanlının kitabı elmi mənbələrin zənginliyi ilə diqqəti cəlb edir. Kitabın işıq üzü görməsi münasibəti ilə alimi təbrik edən V.Talıbov ona gələcək araşdırmalarında uğurlar arzulayıb.

V.Talıbovun məktubunu akademik N.Vəlixanlıya Naxçıvan MR-ın Bakıdakı daimi nümayəndəsi Bəxtiyar Hacıyev təqdim edib.

N.Vəlixanlı böyük diqqətə və xoş sözlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbova minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: