Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Fiziologiya İnstitutunun direktoru vəzifəsini tutmaq üçün seçkilər elan olunur
13.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fiziologiya İnstitutunun direktoru vəzifəsini tutmaq üçün seçkilər elan olunur

AMEA Rəyasət Heyəti Fiziologiya İnstitutunun direktoru vəzifəsini tutmaq üçün seçkilər elan edir.

AMEA-nın elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə namizədlər müvafiq bölmənin bürosu, AMEA-nın həmin bölmədən olan üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər ( 2 nüsxədə) elan dərc edildiyi gündən (11 fevral 2014-cü il) 1 ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı ş., İstiqlaliyyət küç., 30) təqdim edilməlidir.

- namizədin irəli sürülməsi haqqında müvafiq elmi bölmə bürosunun, AMEA-nın həmin bölmədən olan üzvlərinin və ya elmi tədqiqat müəssisəsi elmi şurasının təqdimatı;

- namizədin seçkilərdə iştirak etməsi haqqında yazılı razılığı;

- elmi əsərlərin təsdiq olunmuş siyahısı;

- kadr uçotu üzrə şəxsi vərəqə;

- 2 ədəd fotoşəkil (6x9 sm.);

- təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

- tərcümeyi-hal.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: