www.science.az
12.01.2017 17:08

Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan Səfəvilər dövləti” bölməsi yenidən qurulub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Səfəvilər dövləti” bölməsinin yenidən qurulması işləri başa çatıb.

Bölmədə Səfəvilər sülaləsinin etnik mənşəyi, dövlətin yaranması, I Şah İsmayılın şəxsiyyəti və dövlət quruculuğu işləri, Səfəvilər dövlətinin inzibati quruluşu, Səfəvi-Osmanlı müharibələri haqqında məlumat panelləri və müvafiq tarixi eksponatlar yer alıb. Həmçinin bölmədə Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Böyükağa Mirzəzadə və Lüdviq Knitin müəllifi olduqları rəsm əsərləri qoyulub.

Yenilənmiş bölmə eksponat sayının çoxluğuna görə müvafiq zal və ekspozisiya dəhlizini də əhatə edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.