Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.01.2017 14:29
  • A-
  • A
  • A+

II Xüsusi şöbənin 2017-ci il üçün Fəaliyyət planı müzakirə olunub

II Xüsusi şöbənin 2017-ci il üçün Fəaliyyət planı müzakirə olunub

Yanvarıın 11-də AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində Mülki Müdafiə (MM) hazırlığının yekunlarına və 2017-ci ildə görüləcək işlərin müzakirəsinə həsr olunan iclas keçirilib.

Əvvəlcə II Xüsusi şöbənin rəisi Eldar Quliyev ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların xatirəsinin anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. E.Quiliyev ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından danışıb və bunun nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirib, ümummilli lider Heydər Əliyev tərəfindən bu hadisəyə verilən siyasi-hüquqi qiyməti diqqətə çatdırıb.

Təşkilati məslələr barədə iştirakçılara məlumat verən E.Quliyev bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında 2016-cı il üçün MM tədbirlər planına uyğun olaraq bütün işlər vaxtında və lazımi səviyyədə yerinə yetirilib. Ötən tədris ilində AMEA elmi müəssisə və təşkilatların əməkdaşlarının ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunması məqsədilə profilaktik tədbirlər həyata keçirilib, bu sahədə maarifləndirmə işləri daha da gücləndirilib.

E.Quliyev 2016-cı ildə rəhbər və komandir-rəis heyətinin, Mülki müdafiə qüvvələrinin hazırlanması istiqamətində görülən işlərin nəzərdən keçirildiyini, tədbirlər planına uyğun olaraq MM, toplanış və xəbərdarlıq məşqlərinin təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, məşqlər təşkilati-metodiki baxımdan yüksək səviyyədə İdarəetmə Sistemləri, Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya, Botanika, Şərqşünaslıq institutlarında, həmçinin Mərkəzi Elmi Kitabxanada və Şamaxı Astrofizika Rəsədxanasında keçirilib.

Bildirilib ki, 2016-cı tədris ilində MM qərargah rəisləri Eldar Əsədov, Taleh Məmmədov, Niyaməddin Usubov, Xaliq Həsənov Azərbaycan Respublikası FHN-nin MM kurslarında hazırlıq keçərək, vəsiqələr əldə ediblər.

E.Quliyev 2016-cı ildə MM tədbirlərinin keçirilməsinə nəzarət məqsədi ilə 33 müəssisə və təşkilatda fərdi mühafizə vasitələrinin saxlanılması və istifadəyə yaralılığının yoxlandığını diqqətə çatdırıb.

Daha sonra 2017-ci ilin Mülki müdafiə planlarının tərtib edilməsi barədə MM qərargah rəislərinin məlumatları dinlənilib.

İclasda bir sıra cari məslələrə də baxılıb. MM üzrə müvafiq sənədlərin hazırlanması, mövcud çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: