Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabı çapdan çıxıb
06.01.2017 16:42
  • A-
  • A
  • A+

“Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabı çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı İradə Vəzirovanın “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitabda görkəmli alim, şair, mütəfəkkir, hərbi diplomat Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığına aid səndələrin, onun haqqında yazılmış məqalələrin təsviri verilib.

Yeni nəşrdə A.Bakıxanova aid 100-dən artıq məktub, 100-dən çox təliqə, 4 arxiv iş qovluğu, “Müasirləri Bakıxanov haqqında” adlı kitabın makina çapı, 3 müqavilə, 2 teleqram, 3 raport, 23 elmi məqalə, 31 məktub zərfi, 5 şəkil və digər sənədlər yer alıb, ilk dəfə onların izahlı elmi təsviri verilib.

Kitabın redaktoru fil.ü.f.d. Əkrəm Bağırov, rəyçisi Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: