www.science.az
13.02.2014 00:00

“100-cü ilində Birinci Dünya Müharibəsini Anlamaq 1914-dən 2014-ə kimi” mövzusunda beynəlxalq simpozium keçiriləcək

Türkiyənin Hərb Akademiyaları Komandirliyi Strateji Araşdırmalar İnstitutu tərəfindən (SAREN) Birinci Dünya Mühabirəsinin 100 illiyini anma tədbirləri çərçivəsində elm aləmində mövzuya diqqəti cəlb etmək, həyata keçirilmiş və keçiriləcək işlərin paylaşılmasına şərait yaratmaq məqsədilə 20-22 Noyabr 2014-cü il tarixlərində İstanbul şəhərində “100-cü ilində Birinci Dünya Müharibəsini Anlamaq 1914-dən 2014-ə kimi” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Simpoziumda təhlükəsizlik strategiyaları və beynəlxalq əlaqələrlə bağlı tədqiqatlar aparan alimlər çıxış edəcək. Həmçinin milli və beynəlxalq universitetlərdən əlaqədar sahələrdə çalışan mütəxəssislər iştirak edəcək.

İştirak etmək istəyənlər ərizə formasını dolduraraq 14 aprel 2014-cü il tarixinədək birincidunyasavasi@harpak.edu.tr e-mail ünvanına göndərmələri xahiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.