www.science.az
05.01.2017 12:26

Dərviş Osman Sinəçakın “Gülşəni-ürfan” əsəri nəşr olunub

XVII əsrdə Türkiyədə mövləvi təriqətinin aparıcı nümayəndələrindən olmuş, istedadlı şair Dərviş Osman Sinəçakın “Gülşəni-ürfan” adlı əsəri “Ekoprint” nəşriyyatında çap edilib.

Nəsr və nəzmlə növbələnən əsər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal tərəfindən transfonoliterasiya edilərək nəşrə hazırlanıb. Kitabda əsərin dil və üslub xüsusiyyətləri qorunub.

Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan əsərin redaktoru fil.ü.f.d. Şəlalə Ana, rəyçiləri Qutiyera Cəfərova və Hacı Mustafa Mailoğludur.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.