Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
27.12.2016 15:03
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Dekabrın 27-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı 1991-ci ildə ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk dəfə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunmuş qərarla elan edilib.

Sonra YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov, “Gənc Vətənpərvərlər Birliyi”nin sədri Muğan Əliyev və başqaları ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş və dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən Həmrəylik Günü haqqında məlumat veriblər. Natiqlər, həmçinin müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən, xaric ölkələrdə yaşayan azərbaycanlılara dövlətimizin qayğısından söhbət açıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: