www.science.az
23.12.2016 09:28

Şollar-Bakı su kəmərinin tarixindən bəsh edən kitab nəşr olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarına əsasən “Şollar-Bakı su kəmərinin tarixindən” kitabı nəşr olunub.

Nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifləri isə bu elmi müəssisənin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Fərhad CabbarovMəmməd Məmmədovdur.

Qeyd edək ki, 2017-ci ilin yanvarında Bakı şəhərini təmiz, yüksək keyfiyyətli bulaq suyu ilə təchiz etmiş Şollar kəmərinin istifadəyə verilməsinin 100 ili tamam olur. Muzeyin fondlarında Şollar suyunun tarixinə dair xeyli sayda materiallar qorunub saxlanılır. Onların arasında Şollar-Bakı su kəmərinin tarixi ilə əlaqədar kitablar, eskizlər, arayışlar, vəsiqələr, fotoşəkillər və fotoalbomlar var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.