Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutunda siyasi tədqiqatların aparılmasının nəzəri-metodoloji problemləri müzakirə olunub
22.12.2016 10:38
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda siyasi tədqiqatların aparılmasının nəzəri-metodoloji problemləri müzakirə olunub

Dekabrın 20-də AMEA-nın Qafqazşünaslıq İnstitutunda siyasi tədqiqatların aparılmasının nəzəri-metodoloji problemlərinə həsr olunan elmi seminar keçirilib.

İnstitutun direktoru, t.e.d., professor Musa Qasımlı bildirib ki, seminarın keçirilməsində məqsəd plan işi mövzusu götürmüş əməkdaşların tədqiqatlar apararkən hansı metodoloji prinsiplərdən istifadə etmələrini, mənbələrlə işləmək bacarığını inkişaf etdirmək, hadisə və prosesləri təhlil edib mahiyyəti üzə çıxarmanın forma və üsullarını izah etməkdir. O, ictimai elmlərin tədqiqatçılarının elmi-tədqiqat işlərinin aparılmasında düzgün metodoloji prinsiplərin seçiminə xüsusi diqqət ayırmalarının önəmini vurğulayıb.

Seminar institut əməkdaşlarının bu sahə üzrə tədqiqatlarının səmərəliliyini artırmaq baxımından faydalı olub.

Sonda M.Qasımlı seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: