Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatları təsis edilib
05.02.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatları təsis edilib

 

Elmin inkişafına böyük töhfələr verən, mühüm nailiyyətlər əldə edən alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa sövq etmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bir sıra mükafatların təsis edilməsinə dair qərar qəbul edib. Qərara əsasən, AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, akademiklər Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev və Musa Əliyev adına mükafatları təsis olunub.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-təşkilat idarəsinə “Azərbaycanın görkəmli alimlərinin adına AMEA mükafatlarının Əsasnaməsi”nin hazırlanması həvalə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: