Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yaqut və sapfir yağışı
19.12.2016 16:15
  • A-
  • A
  • A+

Yaqut və sapfir yağışı

Alimlər ləl-cəvahiratla zəngin planet aşkar ediblər

Astronomlar üzərində mütəmadi olaraq yaqut və sapfir yağışı yağan planet aşkar ediblər. Bu “qiymətli” planet bizim Günəş sistemimizdən çox uzaqda yerləşdiyindən və ora kosmik aparatları göndərmək mümkün olmadığından onu yalnız xüsusi teleskopların köməyi ilə müşahidə etmək olur. "Kepler" teleskopu vasitəsiylə aşkar edilmiş HAT-P-7 b planeti Yupiterə bənzəyir.

Alimlər dörd il davam edən müşahidələrdən sonra aydınlaşdırıblar ki, planetin atmosferində daim soyuq hava kütlələrlərini və buludları gətirən küləklər tüğyan edir.

Astronomların fikrincə, bu buludlar yaqut, sapfir və digər qiymətli daşların tərkibinə daxil olan kordun birləşmələri ilə zəngindir. Bu buludlar planetin “günəşli” tərəfini qapayaraq atmosferi soyudub “yaqut” və “sapfir” damcıları əmələ gətirir. 

www.dialog.ua

  • Paylaş: