Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyində XIX əsrə aid gümüş kəmər bərpa olunub
15.12.2016 16:17
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində XIX əsrə aid gümüş kəmər bərpa olunub

Milli Azərbaycan Tarixi Muzeyində XIX əsrin sonuna aid qadın bəzək əşyası olan gümüş kəmər eksponatı bərpa olunub.

Xüsusi gözəlliyi ilə seçilən kəmərin hazırlanması zamanı quraşdırma, bərkitmə, qızıllama, tikmə kimi texnikalardan istifadə olunub.

Kəmərin bərpası muzeyin Bərpa laboratoriyasının bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən həyata keçirilib.

Gümüş kəmər hazırda muzeyin “Qadın bəzək əşyaları” sərgisində nümayiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: