Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Milli Azərbaycan Tarixi Muzeyində “Son tunc ilk dəmir dövrü” mövzusunda açıq dərs keçirilib
14.12.2016 16:54
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Son tunc ilk dəmir dövrü” mövzusunda açıq dərs keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 236 saylı orta məktəbin 6-cı sinif şagirdlərinə “Son tunc ilk dəmir dövrü” mövzusunda növbəti açıq dərs keçirilib.

Məktəbin tədris proqramına uyğun təşkil olunan açıq dərs muzeyin elmi-ekspozisiyasında nümayiş olunan eksponatlar əsasında keçirilib.

Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin əməkdaşı Nardanə Yusifova şagirdlərə muzeyin tarixi, memarlıq üslubu haqqında qısa məlumat verib, açıq dərsin önəmini diqqətə çatdırıb.

Məktəblilərin mövzuya aid eksponatları əyani görmələri və dərsin diskusiya şəraitində keçirilməsi onların dərs proqramını daha effektli mənimsəmələrinə zəmin yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: