www.science.az
13.12.2016 16:27

Milli Azərbaycan Tarixi Muzeyinin laboratoriyasında daha bir eksponat bərpa olunub

Mədəni-tarixi irsimizin tədqiqi, təbliği və mühafizəsini həyata keçirən AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi fondlarını zənginləşdirmək məqsədilə müxtəlif tarixi dövrlərə aid maddi mədəniyyət nümunələrinin qəbulunu davam etdirir.

Belə materiallardan biri İkinci dünya müharibəsi dövrünə aid əsgər dəbilqəsidir. Muzeyə təhvil verilən zaman dəbilqənin saxlanma vəziyyəti tam olmadığı və bərpaya ehtiyac olduğu üçün muzeyin Bərpa laboratoriyasına yönləndirilib. Laboratoriyanın bərpaçı-rəssamı Əjdər Qafarov tərəfindən eksponata ikinci həyat verilib.

Kimyəvi məhlulların vasitəsilə dəbilqənin üzərindən pas təbəqəsi təmizlənib və xüsusi qoruyucu maddə çəkilib.

Qədim və zəngin mədəniyyətimizi, müxtəlif tarixi dövrləri, milli adət-ənənələrimizi özündə təcəssüm etdirən eksponatları qorumaq, bərpa və konservasiya etmək, gələcək nəsillərə ötürmək böyük məsuliyyət tələb edir. Muzeydə bu əhəmiyyətli missiya layiqincə həyata keçirilir. Hazırda əsgər dəbilqəsi muzeyin Silahlar və bayraqlar fondunda mühafizə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.