Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin Egey Universiteti arasında memorandum imzalanacaq
13.12.2016 09:16
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin Egey Universiteti arasında memorandum imzalanacaq

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və bu müəssisənin ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarov dekabr ayının 4-dən 10-dək Türkiyənin Egey Universitetində elmi ezamiyyətdə olublar.

Ezamiyyət dövründə institutun rəhbərliyi Egey Universitetinin Elm fakültəsinin Kimya bölməsi ilə tanış olub və bir sıra görüşlər keçirib. Akademik Vaqif Fərzəliyev universitetin Kimya bölməsinin rəhbəri, professor Mehmet Balcana rəhbərlik etdiyi institutun fəaliyyət istiqamətləri barədə məlumat verib. Görüşdə, həmçinin hər iki tərəfi maraqlandıran elmi istiqamətlər üzrə müzakirələr aparılıb və əməkdaşlığa dair memorandumun imzalanması haqqında razılıq əldə olunub.

Qeyd edək ki, Aşqarlar Kimyası İnstitutu Egey Universitetindən başqa, Türkiyənin Orta Doğu Texniki Universiteti və Atatürk Universiteti ilə də elmi əməkdaşlıq edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: