Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Müstəqillik yollarında: Liderlik missiyası" kitabı nəşr olunub
12.12.2016 16:27
  • A-
  • A
  • A+

"Müstəqillik yollarında: Liderlik missiyası" kitabı nəşr olunub

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun və həmin institutun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayılın birgə hazırladıqları “Müstəqillik yollarında: Liderlik missiyası” adlı kitab işıq üzü görüb.

Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunan kitabın elmi redaktoru bölmənin sədri, akademik İsmayıl Hacıyev, rəyçiləri isə AMEA-nın müxbir üzvləri Fəxrəddin SəfərliƏbülfəz Quliyevdir.

Yeni nəşr Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, xalqımızın taleyində, mənəvi, siyasi, ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən böyük öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən bəhs edir. Kitabın ilk səhifələrində "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixdə imzaladığı Sərəncam əks olunub.

Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu, qazanılan uğurlar, ölkədə aparılan quruculuq və yenilənmə işləri əsərin başlıca mövzusunu və məzmununu təşkil edir. Yeni nəşrdə dahi öndərin Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlara "Müstəqilliyimizi əbədi və dönməz edən şəxsiyyət", "Milli qurtuluş tarixinin öndəri", "Sülh və əmin-amanlıq elçisi", "Yeni Azərbaycan yolu" və digər başlıqlı yazılarda nəzər salınır, dahi şəxsiyyətin ideyaları və siyasətinin Azərbaycanın uğurlarının əsası olduğu göstərilir.

Kitabda dahi liderin yaratdığı siyasi məktəbin uğurlu davamçılarının fəaliyyəti də əks olunub. Belə ki, müəlliflər Heydər Əliyev siyasi kursunun ölkəyə qazandırdığı naliyyətləri “Qələbə əzmli lider”, “İlhamlı sabahın aydın, Azərbaycan!”, “Böyük zəfərlərə aparan lider”, “Naxçıvan möcüzəsini yaradan zəka” və digər başlıqlı yazılarda faktik materiallar əsasında oxuculara təqdim edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: