Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan mədəniyyətinin inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var
12.12.2016 15:47
  • A-
  • A
  • A+

Azərbaycan mədəniyyətinin inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var

AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı vurğulayıb  ki, ümummilli liderin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti haqqında danışıb. Bildirib ki, ulu öndər respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin böyük hamisi olmuşdur. Ümummilli lider həmişə elm xadimlərimizə xüsusi diqqət və qayğı ilə yanaşmış, onları müxtəlif dövlət mükafatları ilə təltif etmişdir.

Qeyd edib ki, ulu öndər həmçinin, ustad sənətkarların, klassiklərimizin yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, onların irsinin öyrənilməsi və araşdırılması üçün əvəzsiz xidmətlər göstərmişdir. G.Babaxanlı dahi rəhbər Heydər Əliyevin böyük şair və dramaturq Hüseyn Cavidin yaradıcılığına daim xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Tədbirdə muzeyin fondunda saxlanılan, Cavidin xatirəsinin əbədiləşdirilməsində dahi rəhbərin misilsiz xidmətlərini əks etdirən sərgi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: