Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Möhsün Nağısoylu:“Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans böyük mədəniyyət hadisəsidir
12.12.2016 13:26
  • A-
  • A
  • A+

Möhsün Nağısoylu:“Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans böyük mədəniyyət hadisəsidir

Dekabrın 9-da Türkiyənin Hacettepe Universitetində Bakı Birinci Türkoloji Qurultayın 90 illiyi münasibətilə “Türkologiyanın bu günü və gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu konfransda “I Türkoloji Qurultay- türk dünyasının birliyinin simvolu” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamının əhəmiyyətini vurğulayan M.Nagısoylu qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar haqqında ətraflı məlumat verib. Bildirib ki, noyabrın 14-15-də Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 90 illiyinə dair “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsidir.

Tədbirdə Fuat Köprülü bölməsində doktor Nadejda Özakdağ “1926 Bakı Türkoloji Qurultayı və qaqauz türkcəsində əlifba və orfoqrafiya problemləri”, professor Emine Yılmaz “1926 Bakı Türkoloji Qurultayından 90 il sonra Altayistika nəzəriyyəsi” mövzusunda çıxış ediblər.

Səməd Ağamalıoğlu bölməsində isə AMEA-nın müxbir üzvü M.Nağısoylu, Hacettepe Universiteti Ədəbiyyat fakültəsinin dekanı Şükrü Halük Akal və professor Osman Sərtkayanın məruzələri maraqla dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: