Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da Yalançı elmə qarşı mübarizə üzrə Komissiya yaradılıb
08.12.2016 10:31
  • A-
  • A
  • A+

AMEA-da Yalançı elmə qarşı mübarizə üzrə Komissiya yaradılıb

AMEA Rəyasət Heyətinin iclasında Yalançı elmə qarşı mübarizə üzrə Komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Son illər elmi fəaliyyət sahəsində həyata keçirilən coxşaxəli islahatlar, xüsusilə bu fəaliyyətin populyarlaşdırılması istiqamətindəki  tədbirlər nəticəsində elmin cəmiyyətdə nüfuzu xeyli yüksəlmişdir. Bu da əsasən gənclərin bu sahəyə axınının güclənməsinə öz müsbət təsirlərini göstərməkdədir. Lakin elmi fəaliyyətə münasibətdə bir sıra neqativ tendensiyalar da müşahidə olunmaqdadır. Xüsusilə yalançı elmə marağın artması, elmin imitasiya olunması ilə bağlı fəaliyyətin güclənməsi son zamanlar daha geniş yayılmışdır.

Bütün bunlar yalançı elmi iddiaların mahiyyətinin şərh edilməsi və ictimaiyyətə çatdırılması, həmçinin yalançı elmə qarşı mübarizə üzrə müvafiq tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoymuşdur. Bu məqsədlə AMEA Rəyasət Heyətinin iclasında Yalançı elmə qarşı mübarizə üzrə Komissiyanın yaradılması haqqında qərar qəbul olunmuş, komissiyanın üzvləri müəyyənləşdirilmişdir.

Yalançı elmə aid AMEA-ya daxil olan müraciətlərin komissiyaya təqdim edilməsi akademiyanın elmi bölmə, müəssisə və təşkilat rəhbərlərinə tapşırılmışdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: