Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Torpaq və su ehtiyatlarının idarəedilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb
08.12.2016 10:14
  • A-
  • A
  • A+

Torpaq və su ehtiyatlarının idarəedilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Torpaq və su ehtiyatlarının idarəedilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə elmi şurasının növbəti iclası keçirilib. 

AMEA-nın müxbir üzvü Amin İsmayılovun sədrliyi ilə keçirilən iclasda elmlər doktorluğu və fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə Şuraya daxil olan dissertasiya mövzuları müzakirə edilib.

İclasda bəzilərinin adında dəyişiklik edilməklə dissertasiya mövzuları təsdiq edilib. Bəzi mövzular isə təsdiq olunmayıb və müraciət edənlərə tədqiqatını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilib. 

Müzakirələrdə elmi şuranın üzvləri ilə yanaşı, dəvət olunmuş torpaqşünas alimlər də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: