www.science.az
06.12.2016 15:18

Qurban Yetirmişli: Seysmik stansiyalarda quraşdırılmış avadanlıqların iş prinsiplərinin dərindən öyrənilməsi zəruridir

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyalarında iş keyfiyyətinin yüksəldilməsi və stansiyalarda quraşdırılmış avadanlıqların iş prinsplərinin öyrənilməsi ilə bağlı seminar-treninq keçirilib.

Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli respublikanın regionlarında 35 telemetrik seysmik stansiyanın fəaliyyət göstərdiyini, GPS stansiyalarının quraşdırıldığını, geofiziki və geokimyəvi stansiyaların işlədiyini diqqətə çatdırıb. Stansiyalarda quraşdırılmış avadanlıqların iş prinsiplərinin dərindən öyrənilməsinin əməkdaşlar üçün vacib olduğunu vurğulayan alim bütün stansiyaların zəruri təlimat və vəsaitlərlə təmin olunduğunu diqqətə çatdırıb. Q.Yetirmişli bəzi seysmik stansiyaların yüksək dağlıq ərazilərdə yerləşməsinə baxmayaraq orada qış mövsümü üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib.

Seminarda RSXM-nin baş mühəndisi Rauf Muradov, direktorun istehsalat işləri üzrə müavini Ramiz İskəndərov çıxış ediblər.

Daha sonra mərkəzin Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru İlyas Kazımov əməkdaşlar üçün GPS stansiyalarının iş prinspinə dair təlim keçib.

Seminar - treninq iki gün davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.