Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

05.12.2016 11:46
  • A-
  • A
  • A+

"Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq

"Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq

6 dekabr 2016-cı il tarixində saat 22:15-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun ölkəmizdə elmi fəaliyyət sahəsində xüsusi əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsi istiqamətində gördüyü işlər, əldə etdiyi nailiyyətlər və gələcək vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə foktoru Elçin Babayevdir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: