Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.12.2016 15:38
  • A-
  • A
  • A+

“Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib

“Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib

Dekabrın 1-də Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda din xadimləri, Rus Pravoslav və Gürcüstan Pravoslav kilsələrinin nümayəndələri, bir sıra ölkələrin səfirləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə açıb. Bildirib ki, konfrans dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. Şeyxülislam ölkəmizdə müxtəlif dinlərə mənsub insanların sərbəst, rahat yaşamaları üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən danışıb, Azərbaycanın tolerantlıq modelini nümunə göstərib, milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəklənməsini bildirib.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

Daha sonra “Azərbaycanda multikulturalizm dəyərləri” adlı videoçarx nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tolerantlıq ənənəsindən danışıb. “Bu gün Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb” – deyə bildirən komitə sədri deyib ki, hazırda dünyada 169 ölkələrarası və daxili münaqişə var, 40 ölkədə isə müxtəlif qanlı savaşlar gedir. Münaqişələr nəticəsində 60 milyon insan yurd-yuvasından didərgin düşüb. Son 15 ildə dünyada 57 min terror aktı törədilib ki, onların  minini erməni tərəf azərbaycanlılara qarşı törədib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizin multikulturalizm və tolerantlıq modelinin bütün dünyada rəğbətlə qarşılandığını bildirib. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan A.Əlizadə ulu öndər Heydər Əliyevin ölkəmizdə dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyduğunu deyib. Bildirib ki, məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzinin dinlər və məzhəblərarası müstəvidə inkişafı üçün böyük işlər görülüb.

Tədbirdə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin və Gürcüstanın Katolikos-Patriarxı II İliyanın konfrans iştirakçılarına müraciəti səsləndirilib.

Sonda Qafqaz Xalqları Ali Dini Şurasının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti oxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: