Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim İtaliyada keçiriləcək beynəlxalq konfransın elmi komitəsinə üzv seçilib
05.02.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alim İtaliyada keçiriləcək beynəlxalq konfransın elmi komitəsinə üzv seçilib

 

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoruRoida Rzayeva fevralın 6-dan 8-nə qədər Romada (İtaliya) keçiriləcək Sosial və Əxlaq Elmləri üzrə III Avropa Konfransının elmi komitəsinə üzv seçilib.

İtaliyanın qədim ali məktəblərindən biri olan Sapienza Universitetində “Sosial və əxlaq elmləri üzrə tədqiqat nailiyyətləri” mövzusunda keçiriləcək konfransda R.Rzayeva “Multikulturalizm və postmodernin dəyər istiqamətləri” adlı məruzə ilə çıxış edəcək.

Tədbirdə 14 ölkənin alim və mütəxəssislərinin iştirakı gözlənilir.

Qeyd edək ki, gənc alim komitənin üzvləri arasında Azərbaycandan yeganə tədqiqatçıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: