Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı keçiriləcək
30.11.2016 16:11
  • A-
  • A
  • A+

XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı keçiriləcək

5-9 dekabr 2016-cı il tarixlərində Fizika İnstitutunun təşkilatçılığı, AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə ölkəmizdə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı (APCWQIS-2016) keçiriləcək.

Tədbirdə 50-yə yaxın yerli və xarici nüfuzlu elm adamları iştirak edəcəklər.

Konfransın açılış mərasimi dekabrın 5-də saat 11:00-da AMEA-nın Əsas binasında baş tutacaq.

Qeyd edək ki, Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı bundan öncə Sinqapur, Cənubi Koreya, Avstraliya, Çin, İsrail, Malaziya, Tayvan və Yeni Zelandiya kimi ölkələrdə təşkil olunub.

Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: