Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri Rusiyada sürtkü yağlarının istehsalı ilə bağlı çıxış ediblər
29.11.2016 09:29
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Rusiyada sürtkü yağlarının istehsalı ilə bağlı çıxış ediblər

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və bu müəssisənin ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarov Rusiyanın Moskva şəhərində elmi ezamiyyətdə olublar.

Səfər müddətində azərbaycanlı alimlər Rusiyanın "RPİ Konsaltinq" şirkətinin təşkilatçılığı ilə keçirilən “Sürtkü yağlarının istehsalı və bazarı-2016” XII beynəlxalq konfransda iştirak ediblər.

Beynəlxalq tədbirdə akademik Vaqif Fərzəliyevin “Azərbaycanda sürtkü yağlarının istehsalının vəziyyəti haqqında" məruzəsi dinlənilib.

Konfransda 29 ölkədən 450 elm adamı və 200 şirkətin nümayəndəsi iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: