Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi Beynəlxalq Fotosintez Cəmiyyətinin rəsmi jurnalında birinci yeri tutub
28.11.2016 11:28
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi Beynəlxalq Fotosintez Cəmiyyətinin rəsmi jurnalında birinci yeri tutub

Akademiklər Cəlal Əliyev, İradə Hüseynova, biologiya üzrə fəlsəfə doktorları Durna Əliyeva və Ələmdar Məmmədovun həmmüəllifi olduqları məqalə Beynəlxalq Fotosintez Cəmiyyətinin rəsmi nəşri olan "Photosynthesis Research" jurnalında 2015-ci il üzrə dərc olunan 20 top məqalələr sırasında birinci yeri tutub.

Məqalə torpaq quraqlığının generativ inkişaf dövründə davamlılığına görə fərqlənən buğda sortlarının vegetativ orqanlarda-kök və yarpaqlarda hidrogen peroksidin toplanma dinamikasının tədqiqinə və onun detoksifikasiyasında antioksidant müdafiə sisteminin rolunun öyrənilməsinə həsr olunub. Tədqiqatlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyə dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, "Photosynthesis Research" fotosintezin həm fundamental, həm də tətbiqi sahələrini özündə əks etdirən beynəlxalq jurnaldır. Nəşrdə molekulyar səviyyədən başlayaraq subhüceyrə, hüceyrə, bütöv bitki və ekosistemlərə qədər fotosintezin bütün aspektlərini əhatə edən nəzəri və eksperimental nəticələr dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: