Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Ukrayna Azərbaycan ilə seysmologiya sahəsində əməkdaşlıqda maraqlıdır
24.11.2016 14:20
  • A-
  • A
  • A+

Ukrayna Azərbaycan ilə seysmologiya sahəsində əməkdaşlıqda maraqlıdır

Azərbaycanda səfərdə olan Ukraynanın T.Şevçenko adına Kiyev Milli Universitetinin Geologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, geologiya-mineralogiya elmləri doktoru Vladimir Mixaylov AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olub.

Qonağı salamlayan mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli iki ölkənin elmi müəssisələri arasında birgə elmi tədqiqatların aparılması və təcrübə mübadiləsi imkanlarından bəhs edib.

Mərkəzdə görülən işləri yüksək qiymətləndirən ukraynalı alim ölkəsinin bu sahədə Azərbaycan seysmoloqları ilə əməkdaşlığa maraqlı olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: