Noyabrın 24-də saat 11:00-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyinə həsr edilən "Nizami və dünya ədəbiyyatı" mövzusunda Respublika elmi konfransı keçiriləcək.
Tədbirdə qüdrətli söz ustasının ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığına nəzər salınacaq, onun dünyaca məşhur əsərlərindən bəhs ediləcək.
Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.