www.science.az
22.11.2016 17:25

"Azərbaycan xalçaları” jurnalının XX sayı nəşr olunub

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalın 20-ci sayı işıq üzü görüb. Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda incəsənət, tarix, müxtəlif xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb. Azərbaycan, rus, ingilis dillərində məqalələrin dərc olunduğu jurnalda respublikamızın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika da öz əksini tapıb.

Jurnalın üz qabığında XIX əsrin sonlarında Quba rayonunun Cimi kəndində toxunmuş və üzərində oğuzların Bayandur boyunun damğası olan kilimin fotoşəkli yer alıb. Bu sayda Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Qeysəriyyə-örtülü Şərq bazarı”, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəqala”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, professor Vidadi Muradovun “Azərbaycan “Qarxun”ları: yurdlar və xalçalar”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın “Hayat ağacı” ənənəvi xalça mədəniyyətində əsas arxetipik obraz kimi” və digər tarixi, etnoqrafik mövzulara həsr olunmuş məqalələr dərc olunub.  

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.