www.science.az
22.11.2016 16:15

Azərbaycan alimi Xəzər dənizi nərə balığı ehtiyatlarının idarə edilməsi üçün yeni paradiqma təklif edib

Paradiqma koqnitiv modelləşdirmənin ideya və üsullarına əsaslanmışdır. 

Koqnitiv modelləşdirmə (http://rabitadunyasi.info.az/News/?newsID=1389&lang=az) mürəkkəb sistemlərin və mürəkkəb problemli situasiyaların model eksperimenti və idarə edilməsi üçün geniş imkanlar açan yeni intellektual multidistiplinar texnoloji platformadır.

AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, texnika üzrə fəlsəfə doktoru Robert Qarayevin “Turkish Journal of Fisheries and Aquatic Sciences”, (Thomson Reuters, Science Citation Index, SCI Expanded, Scopus), “Journal of Fisheries and Aquatic Science” (Science Citation Index, Scopus), “Global Journal of Advanced Research” jurnallarında çap olunan “Methodology to Develop a Recovery Strategy for the Sturgeon Stocks of the Caspian Sea” məqaləsində Xəzərin nərə balığı populyasiyalarının bərpası strategiyasının koqnitiv modelləşdirmə metodologiyası təklif olunmuşdur. Ənənəvi (bioloji) modellərdən fərqli olaraq koqnitiv model problemin cari “institusional örtüyünü” nəzərə alır: geniş miqyaslı brakonyerlik, dənizin və kürütökmə çaylarının çirklənməsi, populyasiyaların sayının və balıqların orta çəkisinin kəskin azalması, kürü və nərə balığının qeyri-leqal ticarəti və s.

Koqnitiv modelləşdirmənin inteqral xarakteri idarəetmə həllərinin adekvatlığı və effektivliyini artırmağa, eləcə də sənaye balıqçılığına uzun müddətli moratorium vasitəsilə nərə balığı populyasiyalarının bərpası cəhdinin kritik qiymətləndirilməsinə (Комиссия по водным биоресурсам Каспийского моря) imkan verir.    

Qeyd edək ki, R.Qarayevin məqaləsi rəyçilərin, o cümlədən ƏKTT-nin (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) ekspertlərinin geniş müzakirələri nəticəsində çap olunmuşdur.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.