www.science.az
22.11.2016 12:53

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Belarus Respublikasında elmi ezamiyyətdə olub

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və həmin institutun Biotexnologiya şöbəsinin İnsan genetikası qrupunun üzvü, kiçik elmi işçi Nigar Məmmədova Belarus Respublikasının Minsk şəhərində elmi ezamiyyətdə olublar.

Səfər zamanı Belarus Milli Elmlər Akademiyasının institutlarında, xüsusən, Sitologiya və Genetika İnstitutunda (BSGİ) elmin kommersiyalaşdırılması sahəsində toplanmış təcrübə və bununla əlaqədar sənədləşdirmə işləri öyrənilib, birgə aparılan elmi tədqiqat işlərinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Həmçinin BSGİ və Belarus Kənd Təsərrüfatı Elmi-Praktiki Mərkəzində (KTEPM) də görüşlər keçirilib, pullu xidmətlər göstərən tədqiqat laboratoriyalarının akkreditasiya və sertifikasiyasına dair geniş fikir mübadiləsi aparılıb. BSGİ ilə bir neçə il əvvəl bağlanmış əməkdaşlıq müqaviləsinin müddəti uzadılıb və Belarus Milli Genbankı ilə genetik material mübadiləsinə dair yeni müqavilə imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.