Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan milli sirk sənəti - 70” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək
21.11.2016 16:08
  • A-
  • A
  • A+

“Azərbaycan milli sirk sənəti - 70” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək

Noyabrın 24-də saat 11:00-da AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan milli sirk sənəti - 70” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək.

Tədbirdə Azərbaycan sirk sənətinin tarixi, təşəkkül mərhələləri, müasir problemləri, inkişaf perspektivləri müzakirə olunacaq.

Konfransda “Azərbaycan peşəkar sirk sənətinin inkişaf yolları”, “Bakı Dövlət Sirkinin milli sirk sənətinin inkişafında rolu”, “Azərbaycan sirk pəhləvanları”, “Milli sirk sənətində musiqi", "Azərbaycan sirkində klounada”, “Azərbaycan milli kinosunda sirk ənənəsi”, “Azərbaycan illüziya sənətinin inkişaf yolları”, “Müasir Azərbaycan sirk sənəti dünya arenasında” mövzusunda məruzələr dinləniləcək.

Tədbirdə, həmçinin ARB Televiziyası “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Bu, Azərbaycan sirkidir” sənədli filminin premyerası baş tutacaq.

Qeyd edək ki, dahi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycan peşəkar sirk kollektivinin ifasında ilk milli sirk proqramının premyerası 1946-cı il iyun ayının 12-də Bakı Dövlət sirkində oynanılmışdır.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: