www.science.az
16.11.2016 17:40

“Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə başa çatıb

AMEA Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə başa çatıb.

Layihə çərçivəsində son tədbir Bakı şəhərinin Səbail rayonundakı Avropa-Azərbaycan Məktəbində təşkil olunub.

Tədbirdə məktəbin müəllimi Hüseyn Şahbəndəyev, ev-muzeyinin elmi katibi Natiq Mürsəlov, layihə rəhbəri Fəridə Əliyeva böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından, əsərlərinin əhəmiyyətindən danışıblar.

Eyni zamanda, layihə çərçivəsində nəşr etdirilmiş “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabı haqqında məlumat verilib və məktəblilərə kitablar hədiyyə olunub.

Qeyd edək ki, kitabın tərtibçisi və “Ön söz”ün müəllifi Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.